Menu

Ukrayna öz hədəflərindən əl çəkməyəcək - Müdafiə naziri açıqladı

14.02.2025, 15:16
Ukrayna öz hədəflərindən əl çəkməyəcək - Müdafiə naziri açıqladı

Ukrayna NATO-ya üzv olmaq istiqamətində strateji kursundan əl çəkmir.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Telegram kanalında nazir Rustem Umerov yazıb.

Umerov qeyd edib ki, onun Ukrayna-NATO Şurasının iclasından əvvəl alyansın Baş katibi Mark Rütte ilə mühüm söhbət olub: “Ukrayna öz strateji kursundan əl çəkmir - biz gələcəyimizi NATO-da görürük. Bu, bizim təhlükəsizlik prioritetimizdir və ordumuz artıq Avro-Atlantik təhlükəsizliyin mühüm elementidir”.

O əlavə edib ki, Rütteni Ukrayna hərbi-sənaye kompleksinin inkişafı və özünün hərbi potensialını artırmaq planları barədə məlumatlandırıb.

Nazir həmçinin bildirib ki, görüş zamanı NATO və Avropa ölkələrinin müdafiə qabiliyyətinin gücləndirilməsinin zəruriliyi müzakirə olunub.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2025-02-14 21:51:01

Ay bədbəxt ukrayniyada hədəf qalıb,qərbin sifarişini yerinə yetirməklə ən gözəl xalq olan ukrayniyaları və ukrayniyanı məhf etdiniz,hələ bizdədik zelenskilərdə son günlər yaman baş qaldırıb Allah axırını xeyirli etsin və bu adamlara ( zelenski düşüncəli) insaf versin bizi məcburən qonşularımızla düşmənçiliyə zövq etməkdən yan keçsinlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol