Bələdiyyə seçkilərində seçici fəallığı 31.42 faiz olub.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
Qeyd edək ki, ilkin nəticələrə əsasən, bələdiyyə seçkilərində seçici fəallığı 31.45 faiz olmuşdu. MSK ümumilikdə 27 seçki məntəqəsində nəticələri ləğv edib. Beləliklə, həmin seçki məntəqələrində səsvermənin nəticələrinin ləğvindən sonra yekun seçici fəallığı 31.42 faiz olub.


Şərhlər
Buna seçildi demək olar? Bəs iştirakdan imtina edən 69 faizin rəyi nəzərə alınmamalıdır? Bu necə seçkidir və necə onun baş tutuğunu söyləmək olar?