Menu

"Hələlik Rusiya ilə sülh sazişindən söhbət getmir" - Zelenski

14.02.2025, 22:39
"Hələlik Rusiya ilə sülh sazişindən söhbət getmir" - Zelenski

"Ukrayna ilə Rusiya arasında sülh sazişinin bağlanmasından danışmaq hələ tezdir".

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransı zamanı bildirib.

“Bu gün, təəssüf ki, sülh sazişindən söhbət getmir. Çünki müharibə üç ildir davam edir, çoxlu sayda ölümlər, dağıntılar, ilk növbədə də insanların həyatlarının məhv olması halları mövcuddur”, - o deyib.

Zelenski əlavə edib ki, Ukrayna ilə Kreml rəhbəri arasında vasitəçilik axtarmağa ehtiyac yoxdur və Kiyevin indi ABŞ Prezidenti Donald Trampın möhkəm dəstəyinə ehtiyacı var.

Onun sözlərinə görə, sülh sazişi ilə bitəcək müharibə planını Ukrayna ilə ABŞ dəstəkləməlidir. “Avropa ölkələrinin də rolu vacibdir, çünki söhbət təhlükəsizlik zəmanətlərindən gedir”.

Zelenski vurğulayıb ki, Avropanın danışıqlar masası arxasındakı səsi Ukrayna üçün çox vacibdir, çünki ölkə tezliklə Avropa İttifaqının tamhüquqlu hissəsinə çevriləcək.

Şərhlər

Bəhrami 2025-02-15 10:38:27

Kreml Sosializmin *Ağ atı*ndan özbaşına enməklə 29 dövləti də, Ümum dünya bazarına təslim edib? Otuz ildən çoxdur diplomatiya da yox, *Hərbi Dubinka* ilə daha böyüyünə Sahib olmağa zorlanır, heç kiçiyinə də nail ola bilmir? Kremlin Ukraynanın arzuladığı Sülhə razılaşması isə iki-üç il keçmədən daha böyük-geniş birliyin reallığını göstərir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol