HƏMAS və İsrail arasında növbəti əsir mübadiləsi baş tutacaq.
"AzPolitika" xəbər verir ki, altıncı əsir mübadiləsində 369 fələstinli məhbus üç israilli məhbusla dəyişdiriləcək.
HƏMAS-ın hərbi qanadı, Qəssam Briqadaları və Fələstin İslami Cihadının Qüds Briqadaları əsirlərin təhvil verilməsi prosesi üçün təhlükəsizlik tədbirlərini artırıb.
Qeyd edək ki, bu mübadilə ilə atəşkəsin birinci mərhələsində azad edilən fələstinli məhbusların sayı 1000-i keçəcək.
"AzPolitika.info"


Şərhlər