Menu

Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir

25.02.2025, 17:36
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko İrəvana səfər edəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, Matviyenko Rusiya-Ermənistan dövlətlərarası münasibətlərinə yeni təkan vermək üçün İrəvana səfər edəcək.


“Sputnikarmenia” isə Ermənistan parlamentinin sədri Alen Simonyan və Matvienko arasında telefon danışığının baş tutduğunu yazıb. Bildirib ki, parlament spikerləri Rusiya Federasiya Şurasının sədrinin İrəvana gözlənilən səfərini müzakirə ediblər. Bundan əlavə, Ermənistan və Rusiya arasında MDB Parlament Assambleyası və digər meydançalarda əməkdaşlıq məsələləri də müzakirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol