Menu

"Həftə sonu Britaniyada Ukrayna ilə bağlı sammit keçiriləcək" - Starmer

25.02.2025, 23:35
"Həftə sonu Britaniyada Ukrayna ilə bağlı sammit keçiriləcək" - Starmer

Böyük Britaniyanın Baş naziri Keir Starmer həftə sonu Rusiya-Ukrayna müharibəsini müzakirə etmək üçün Avropa liderlərinin görüşəcəyini təsdiqləyib.

"Report"un xarici KİV-ə istinadla verdiyi xəbərə görə, bu barədə o, Dauninq-stritdə keçirdiyi mətbuat konfransında bildirib.

"Mövcud vəziyyət fonunda müttəfiqlərimizlə necə hərəkət edəcəyimizə dair müzakirələrimizin davamı üçün həftə sonu bir sıra ölkə rəhbərləri ilə görüşəcəyəm", - Starmer bildirib.

Bundan əvvəl "Bloomberg" agentliyi Avropa liderlərinin Ukrayna üzrə görüşünün martın 2-də baş tuta biləcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol