Menu

Yanvarda Ermənistanda ixrac iki dəfə azalıb

25.02.2025, 23:56
Yanvarda Ermənistanda ixrac iki dəfə azalıb

Cari ilin yanvarında Ermənistanın xarici ticarət dövriyyəsi, əvvəlki ilin eyni dövrü ilə müqayisədə iqtisadi aktivlik göstəricisinin artım tempinin yavaşlaması fonunda 40 % azalaraq 7,1 %-ə düşüb.

“Report”un xəbərinə görə, bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb.

Yanvar ayında xarici ticarətin həcmi illik baxımdan 40 % azalaraq 1,37 milyard dollardan çox olub. İxrac 482,2 milyon dollar (49,2 % azalma), idxal - 895,1 milyon dollar (33,5 % azalma) təşkil edib.

Komitə bildirib ki, eyni zamanda sənaye istehsalı da 10,4 % azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol