Menu

Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq

26.02.2025, 11:05
Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq

Səhiyyə naziri Teymur Musayev plastik cərrahların fəaliyyətinin yoxlanılması ilə bağlı görülən işlər barədə məlumat verib.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən nazir xatırladıb ki, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Komissiyası yaradılıb.

O qeyd edib ki, indiyə qədər komissiyanın beş iclası keçirilib:

"Ümumilikdə, 96 plastik cərrahiyyə mütəxəssisi sənədlərini təqdim edib. Bu iclaslarda 40 plastik cərrahın sənədləri araşdırılıb, onlar dəvət olunub və tam şəffaf şəkildə müvafiq yoxlamalar aparılıb. Təftiş komissiyasının fəaliyyətinin sonunda Səhiyyə Nazirliyinin rəsmi saytında plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq".

Şərhlər

Elşən 2025-02-26 21:09:48

Ümumiyyətlə cərrahiyyə zamanı həlak olan xəstənin cərrahiyyə üçün ödədiyi pul geri qaytarılmalıdı .Mən bir neçə dəfə şahidi olmuşam pul ödənib cərrahiyyə zamanı həlak olub pulu da qaytarmıadılar yalandan 2,3 gün saxlayıb sonra deyirlər ki narkozdan ayrılmadı pul da fırldaxlığın bir növüdür

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol