ABŞ Prezidenti Donald Trampın sağ əli “göyərib”.
“AzPolitika” xəbər verir ki, xarici media nümayəndələri Trampın sağ əlindəki böyük qançır izinə diqqət yetiriblər. Onların sualına cavab verən Ağ Evin mətbuat katibi Karolin Levitt deyib ki, Trampın əlindəki qançırlar tez-tez əl sıxması nəticəsində yaranıb.
Xüsusilə də Emmanuel Makronla görüşü zamanı onun əlinin arxasındakı hematoma aydın görünüb. Mətbuat katibi bununla bağlı deyib: "Prezident Trampın əlində qançırlar var, çünki o, daim işləyir və hər gün əl sıxır".
Levitt əlavə edib ki, Tramp tarixdəki bütün ABŞ prezidentlərindən daha çox əl sıxır.
“AzPolitika.info”


Şərhlər