Menu

“Azercell” xidmət haqlarında dəyişikliklər edib

26.02.2025, 22:25
“Azercell” xidmət haqlarında dəyişikliklər edib

“Azercell Telekom” MMC fevralın 25-dən etibarən abunəçilərə yeni şərtlər təqdim edib. 

“AzPolitika” xəbər verir ki, bu barədə mobil operatorun internet səhifəsində məlumat yerləşdirilib.

Şirkət bildirir ki, dəyişikliklər təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan xidmət və tariflərin optimallaşdırılması, abunəçilərə daha rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə aparılıb.

Yeniliklərə gəlincə, “Azercell Telekom” MMC bildirir ki, fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq müəyyən edilən kartın istifadə müddəti + 90 gün təyin edilir. Qeyd edək ki, daha əvvəlki müddəti 180 gün (6 ay) təşkil edirdi və şirkət müddəti yarıbayarı qısaldıb. Məlumatda qeyd olunur ki, abunəçi bu müddət ərzində yeni ödəmə kartı yükləyib istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmin müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilməmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəmə kartının məbləğindən istifadə imkanına malik olacaq.

Növbəti dəyişiklik isə bəzi tarif paketlərinə aylıq abunə haqqı təyin edilməsi ilə bağlıdır. Mobil operator bildirir ki, fakturasız (SimSim) xətt sisteminə aid “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tarif paketlərində 30 gün müddətində ƏDV daxil 2 manat aylıq abunə haqqı təyin olunacaq. Aylıq abunə haqqı müqabilində abunəçiyə otuz günlük istifadə müddətinin sonunadək 25 şəbəkədaxili dəqiqə və 250 MB həcmli internetdən istifadə imkanı təqdim olunacaq. “İstifadə edilməmiş bonus dəqiqələri və internet həcmi 30 günlük istifadə müddətinin sonunda silinir və növbəti dövrün balansına keçirilmir. Növbəti aylıq abunə haqqı istifadə müddətinin sonunda avtomatik hesablanaraq balansdakı vəsaitdən çıxılacaq. Nömrədə mövcud olan tarif paketi başqası ilə əvəz edilənədək nömrənin balansında kifayət qədər vəsait olduqda müvafiq qaydaya uyğun olaraq aylıq abunə haqqı avtomatik hesablanıb çıxılmaq ilə tarif paketlərindən istifadə imkanı təqdim ediləcək. Nömrənin balansında aylıq abunə haqqı məbləğinin çıxılması üçün lazımi qədər vəsait olmadıqda, həmçinin abunə haqqı müqabilində təqdim edilən istifadə imkanı bitdikdə, müvafiq tarif paketinin şərtlərinə uyğun olaraq xidmətlərdən istifadə imkanı təmin ediləcək”, - Azercell Telekom” MMC-dən bildirilib.

Bu dəyişiklikdə aktiv abunəçilər üçün müsbət xəbər şirkət tərəfindən 2 manat ödənişin müqabilində 25 dəqiqə şəbəkəiçi danışıq və 25O MB internetin təqdim olunmasıdır. Passiv, ayda cəmi 2-3 manat mobil danışıq xərci olan, yaxud, yalnız internet üzərindən danışıqlar aparan abunəçilər üçün yenilik ondan ibarətdir ki, onlar nömrəni aktiv saxlamaq üçün mobil operatora aylıq minimum 2 manat ödəməlidir.

Bundan başqa mobil operator fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud olan digər tariflərdən “Azercellim”, “Bölgə”, “GəncSim” tarif paketlərinə keçidə görə 4 manat xidmət haqqı tətbiq ediləcək.

Daha bir dəyişiklik isə fakturasız xətt və fakturalı xətt sisteminə aid nömrənin xəttinin 6 aydan çox olmayan müddətə ikitərəfli bağlanmasına görə 20 manat xidmət haqqı tətbiq ediləcək. 

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

AMin 2025-02-27 09:01:58

Caamatin cibine girmeyin teze usullari :) ,eger her ya pul odenilecekse ???!!! fakturasiz ve fakturalinin ne ferqi oldu? 250 mb internetniz bashiviza deysin :) caamat bele telelerden qacir ...limit qutardiqdan sonra istifade qiymeti plyus atalarnin qiymeti kimi hesablanir ..Aciq aydin gorsenir ki Azerbaycanda mobil sahesi inhisarlashib ....!! reqabetden bele soz gede bilmez

Kirpi 2025-02-27 00:20:38

Bu telefon çıxaranın atababa atasına lənət

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol