Menu

"Ümid edirəm ki, Rusiya Dövlət Duması bir gün Xocalı faciəsinə diqqət yetirəcək" - Səfir

27.02.2025, 09:24
"Ümid edirəm ki, Rusiya Dövlət Duması bir gün Xocalı faciəsinə diqqət yetirəcək" - Səfir

Ümid edirəm ki, gün gələcək ki, Rusiya Dövlət Duması Xocalı faciəsinə diqqət yetirəcək, ədaləti bərpa edəcək və həmin faciəli hadisələrin etirafı olacaq müvafiq qərar verəcək.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu tarix elmləri doktoru, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan tədbirdə bildirib.

Diplomatın sözlərinə görə, Xocalı faciəsi müasir tarixdə dinc əhaliyə qarşı törədilmiş ən amansız cinayətlərdən biri olub. Səfir, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasını da xatırladıb: “Kampaniyanın başlanmasından 16 ildən çox vaxt keçib və o, kifayət qədər səmərəli olduğunu sübut edib. 18 ölkənin parlamentləri bu cinayəti insanlığa qarşı cinayət kimi pisləyib”

Şərhlər

Adsız 2025-02-27 10:06:32

..rus shovinizmi imkan verməz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol