PKK terror təşkilatının Türkiyədə həbsdə olan "rəhbəri" Abdullah Öcalanın çağırışına qruplaşmanın Suriya qolu kimi tanınan PYD-nin başında duran Salih Müslimdən cavab gəlib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.
Qeyd olunub ki, PYD rəhbəri Öcalanın müraciətini dəstəkləyib.
"Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik", - deyə o bildirib.
Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.


Şərhlər