Ukrayna Silahlı Qüvvələri ABŞ lideri Donald Trampla Vaşinqtonda mübahisə etdikdən sonra Prezident Volodimir Zelenskinin tərəfində qalır.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski özünün teleqram kanalında yazıb.
“Silahlı Qüvvələr Ukraynanın, xalqın, Ali Baş Komandanın yanındadır. Bizim gücümüz birlikdədir. Biz Qələbəni yaxınlaşdıraraq işğalçını məhv etməyə davam edirik.
Yaşasın Ukrayna!”, – Sırski yazıb.


Şərhlər
Nostradamusluq etmək fikrindən çox uzağam, heç nə Tofiq Dadaşov, ekstrasens Zirəddin Rzayev də deyiləm, lakin bir fərd, Azərbaycan vətəndaşı olaraq öz fikirlərimi dəyərli oucularımızla bölüşmək istərdim. İndiyə kimi xatırlamıram ki, istər böyük və ya kiçik dövlət olsun, hətta əhalisi 1,5 milyard olan Çin də ABŞ-la ehtiyatla davranır. Zelenski o nadir şəxsiyyətlərdən biridir ki, Donald Trampın üzünə tutarlı sillə vurdu, küləyi hətta Marko Rubionu da silkələdi. Hörmətli professor Şahlar Əsgərov facebook səhifəsində qeyd edir ki, Zelenski özünü dəfn elədi. Bununla qətiyyən razı deyiləm, çünki elə ABŞ-ın özü və Qoca Qərb Ukraynanı bu sonu bitəsi olmayan murdar oyuna qoşdu, Ukrayna isə sadəlöhv uşaq kimi bu oyuna qoşuldu, nəticə isə məlumdur. Dahi Üzeyir bəyin “O olmasın bu olsun” filmində qəhrəmanlardan biri deyir məni təhqir etmək üçünmü evinə dəvət etmisən? Cənab D. Tramp Zelenskini evinə dəvət etmisən, belə tərbiyəsizliyi nə demokratiyadan dəm vuran Amerikaya, nə də onun rəhbərinə yaraşdırmazdım, hələ ona zuy tutan Marko Rubioya. Belə halda deyərdim: güclü yanında gücsüz günahkardır. Başqa bir deyim də var: burnuzlu qoçun heyfi heç vaxt buynuzsuz qoçda qalmaz. Mənim bu sonluqda Zelenskiyə qarşı hörmətim, rəğbətim artdı, kökündə yəhudi qanı olsa da, bu əsl türk, əsl kişilik, liderlik xüsusiyyətidir. Nə isə ... Əvvəlki şərhlərimin birində qeyd etdiyim fikri bir daha təkrarlamaq zorundayam.
Şəxsiyyətinə böyük hörmət bəsləfiyim Cəlal Məmmədovun yazılarının birində “Trampın Putinə zəngi və onu “izqoy” vəziyyətindən çıxararaq, yenidən əl sıxılan hala gətirməsi isə əslində, Putinə atılan “xilasedici halqa” oldu…” fikri çox düzgün və ağıllı nəticədir. Belə ki, bütün Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edir, Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə sanksiya verir, Tramp isə birinci president seçkisində (Hillari Klinton daha üstün mövqeyə malik olmasına baxmayaraq bütün dünya özünü cırırdı ki, Rusiya bu seçkiyə müdaxilə edib) nəticədə Tramp qağam “qalib gəldi”. Tramp-Putin bağlılığına aydınlıq gətirmək və bununla bağlı fikirlərimi əsaslandırmaq üçün əvvəl dərc olmayan şərhimi bura əlavə edirəm. Ondan başlayaq ki, bu hər iki subyekt bir bezin qırağıdır. Trampın Sovetlər dönəmində KQB tərəfindən əməkdaşlığa cəlb edilməsi və ona “Krasnov” adı verilməsinə heç bir şübhə qalmır. İlk əməkdaşlıqla bağlı Trampın ilk uğursuzluğunu xatırlatmaq istərdim. Putinin mətbuat katibi Peskov inkar etməsinə baxmayaraq Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff narkotiklə bağlı Rusiya məhkəməsi tərəfindən 14 il cəzaya məhkum edilmiş Mark Fogeli (bilmirəm bu subyekt hansı əhəmiyyətə, dəyərə malikdir ki, xüsusi nümayəndə ümumi razılığa əsasən onu həbsdən azad etdirib ABŞ-a aparır və Tramp Fogeli xüsusi təmtəraqla qəbul edir və bunu Euronews kanalı yayımlayır, bildiyim qədər Amerikada həbsdə olan rus agenti ilə dəyişdiriblər) cəzadan azad etdirir. Belə çıxır ki, həqiqətən Trampın birinci seçki kampaniyasında Rusiyanın bu işdə barmağı, xüsusi rolu olub və Tramp (“Krasnov”) haradasa Putinə borcludur. Rus dilində Trampa aid olan bir söz var – непредсказуемый человек. Bu sözün lüğətdə tərcüməsini tapa bilmədim. Bu cənabla bağlı hansısa proqnoz vermək qeyri-mümkündür. Özünüz analiz edin. Bu gün Ukrayna təkcə özünü deyil ABŞ-ı və Qərbi müdafiə edir. Müharibənin nəticəsi təxminən aydındır. Müharibə getdiyi ərəfədə Tramp Ukraynaya verilən yardımın (500 milyard ABŞ dolları) qaytarılması məsələsini gündəmə gətirir, baxmayaraq ki, bu məbləğ qat-qat aşağıdır. Necə deyərlər keçi can hayındadır, qəssab piy axtarır. Bayden nə qədər ağıldan o məsələ olsa idi belə Ukraynanı fakt qarşısında qoymamışdır. Heç vor zakon da özünü belə aparmır.
Bir daha təkrar edirəm, bu cənabın Allhı, amalı, əqidəsi puldur pul. Yatanda da yuxusuna dollar girir, bu adam biznesmendir. Ukrayna onun üçün bir qoz qabığı da deyil. Ukraynanın rəhbərləri sadəcə olaraq ABŞ-ın, Avropanın şirin vədlərinə aldanaraq bu sonu bitməyən oyuna qoşuldular. Ukraynaya dəstək üçün yatırılan vəsaitlərin geri qaytarılmasına zəmanət verən sənədi almaq üçün ABŞ maliyyə nazirini Kiyevə göndərir. Cənab Tramp bilməmiş deyil ki, ekspertlərin hesablamalarına görə Ukraynanın nadir mineral ehtiyatlarının ümumu dəyəri 13 trilyondan 50 trilyon dollar civarındadır. Sən müharibəni dayandır, heç olmasa atəşkəs elan olsun, sonra yenə verdiyin yardımı tələb elə. Trampın Ukraynada atəşkəs “çox da uzaq olmayan gələcəkdə” baş verə bilər fikri də birmənalı başa düşülmür. Çox da uzaq olmayan gələcək dedikdə ABŞ Prezidenti hansı müddəti nəzərdə tuturdu? Daha sonra, nə qədər insafsız, qansız olasan ki, Qəzza zolağında yaşayanları (onların da bir adamlığı yoxdur) yurd-yuvasından didərgin salıb həmin ərazidə “cənnət” yaratmaq fikrinə düşəsən. Putinə, Netanyahuya qarşı cinayət işi qaldıran Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına hörmətsizliklə yanaşaraq bu qərarları şübhə altına alasan. Netanyahunu başa düşdük, deməli Putini məsuliyyətdən yayındırmaq niyyəti var. Bir sözlə, Allah bunu, yəni Trampı dünyaya, konkret olaraq amerikanlara, bizə bir bəla göndərib.
Vəziyyət Çox kritik həddə çatıb, çıxış yolu kimi Türkiyə Rusiya və Ukrayna prezidentlərinin görüşü keçirilməlidir və tarixi razılaşma əldə olunmalıdır. Əfsuslar olsun ki, bununla razılaşmaq lazımdır.