Ukrayna Rusiya "təcavüzünə" cavab olaraq öz islahatlarını davam etdirir. 15 dekabr Aİ Şurası toplantısından sonra baş nazir ölkəsinin daha çox maliyyə yardımına ehtiyacı olduğunu bildirib. Xəbəri "France 24" yayıb.
"Təpədən dırnağa silahlanmış nüvə ölkəsi ilə mübarizə aparmaq bizim üçün çətindir", - Ukraynanın baş naziri Arseniy Yatsenyuk görüşdən sonra deyib. Qeyd edək ki, Rusiyanın Şərqi Ukraynaya müdaxiləsi və martda Krımı anneksasiyası o deməkdir ki, ölkə artıq iqtisadi bazasının 10%-dən məhrum olub. Bu isə istənilən şəraitdə və Brüsselin islahatlar təzyiqi altında ölkəyə ikiqat ziyandır. "Hökuməti əlindən gələn hər şeyi edib. Bu mərhələdən çıxmaq üçün Ukraynaya dəstək lazımdır, bu dəstək də yeni maliyyə yardımıdır. Ukraynanın maliyyə yardımını alacağına və çətin vəziyyətdən uğurla çıxacağına inanırıq", - Yatsenyuk deyib.
Avropa İttifaqı qısamüddətli dövrdə Ukraynaya 1,6 milyard avro yardım təklif edib. Ukrayna üçün ümumilikdə 11 milyard avroluq yardım nəzərdə tutulub. Buna baxmayaraq, bu məbləğ ciddi şərtlər əsasında veriləcək. Bunun əvəzində Kiyev dərin kök salmış korrupsiya və s. problemlərin həlli üçün ciddi sosial və iqtisadi islahatlar keçirməli, Aİ normalarına daha da yaxınlaşmalıdır. Beynəlxalq Valyuta Fondu (BVF) isə Kiyevə təxminən 17 milyard dollar ayırıb. Hesablamalara görə, ölkənin əlavə 15 milyard dollara ehtiyacı var.
Bu yaxınlarda beynəlxalq donorlar konfransının keçirilməsi müzakirəyə qoyulmuşdu, dəqiq tarix isə təyin olunmamışdı. Ukraynanın bütün beynəlxalq tərəfdaşları yardımın müvafiq islahatlarla müşayiət olunmasına təkid edirlər.
Dekabrın 15-də Aİ-nin xarici siyasət rəhbəri Federika Mogerini bildirib ki, Assosiasiya Müqaviləsi və azad ticarət sazişində əksini tapan münasibətləri inkişaf etdirmək üçün əsl məqamdır.
Bu müqavilələr hazırkı böhranın kökündə durur. Ötən il rusyönümlü sabiq prezident Viktor Yanukoviç müqavilədən üz döndərdi. Bu isə etirazlara və onun hakimiyyətdən getməsinə səbəb oldu. Aİ martda Rusiyanın Krımı anneksasiyasından sonra getdikcə sərtləşən sanksiyalar tətbiq edib. Ukrayna münaqişəsi indiyədək
4600-dan çox insanın ölümünə səbəb olub.
Mogerini Ukraynaya səfər edəcək
Mogerini Yatsenyukla birgə mətbuat konfransında bildirib ki, oktyabr seçkiləri islahatlar üçün Kiyev hökumətinə əsl mandat verib. Mogerini Aİ-nin Ukraynanın tərəfində olduğunu, həmçinin Krımın anneksasiyasını tanımadığını bildirib. O deyib ki, Aİ Komissiyası hazırda fərdi şəxslərlə və Krımın anneksasiyası ilə əlaqəsi olan qruplar sanksiyaların artırılması ilə məşğuldur. 18 dekabr Aİ sammitinədək qədər bunlar hazır olacaq.
Bundan əlavə, dekabrın 17-18-də Mogerini Ukraynada olacaq. O həmçinin Rusiyaya da səfər edəcəyini bildirib. Onun sözlərinə görə, bu, 2015-ci ilin ilk ayları baş tutacaq.
Dekbarın 15-də Yatsenyuk NATO rəhbəri Yens Stoltenberqlə görüşüb. O, Rusiyanı Moskvanın dəstəyi ilə separatçılarla Kiyev arasında bağlanmış sentyabr atəşkəsinə tam əməl etməyə çağırıb. Stoltenberq bildirib ki,
ABŞ-ın başçılıq etdiyi alyans Kiyevin münaqişənin dinc həlli niyyətini dəstəkləyir. /"eunews.az"


Şərhlər