Menu

Sahil metrosunda hadisə - Sərnişinlər içəri buraxılmır

21.11.2013, 17:35
Sahil metrosunda hadisə - Sərnişinlər içəri buraxılmır

Hazırda Sahil metrosunda eskalatorda problem yaranıb.“Qafqazinfo”ya hadisə şahidlərinin verdiyi məlumata görə, metronun giriş istiqamətində hərəkət edən eskalatorun sürahısı yerindən çıxdığı üçün eskalatorun hərəkəti dayandırılıb.

Sözügedən eskalator təmirə bağlanıb və hələ ki, sərnişinlərin metroya girişinə icazə verilmir. Metronun qarşısında isə böyük tıxac yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol