Biləsuvar rayonunda güllələnmə hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri, Nizami küçəsində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu öz həmyerlisi güllələyib.
Ayağından xəsarət alan yaralı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər