Menu

İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb

03.03.2025, 01:05
İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb

İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.

Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində hərarətin düşməsi üçün antibiotik vurulub.

Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol