Menu

Ermənistanda vergilərin artırılması süngü ilə qarşılandı – İş adamları İrəvanda etiraz aksiyalarına başladı

03.03.2025, 14:47
Ermənistanda vergilərin artırılması süngü ilə qarşılandı – İş adamları İrəvanda etiraz aksiyalarına başladı

Bu gün İrəvanda hökumət binası qarşısında yüzlərlə iş adamı qanuna yenidən baxılması və satış vergisinin azaldılması tələbi ilə etiraz aksiyasını davam etdirir.

Biznes sahibləri aksiyanı parlament binası yaxınlığında davam etdirmək niyyətindədir.

Qeyd edək ki, sahibkarlar yanvarın 1-də qüvvəyə minən Vergi Məcəlləsindən narazıdırlar. Qanuna əsasən, alqı-satqı sənədlərini təqdim etməyən ticarət subyektləri üçün dövriyyə vergisi 2 dəfə artırılaraq 5 faizdən 10 faizə, sənəd təqdim edənlər üçün isə əksinə, 1,5 faizdən 1 faizə endirilib.

Baş nazir Nikol Paşinyan parlamentdə bəyan edib ki, əllərində dövriyyə vergisi ödəyicilərinin 60 faizindən çoxunun cəmi 10 milyon dram dövriyyə göstərdiyini göstərən statistik məlumatlar var. Bu, gündəlik cəmi 27 min dram ticarət deməkdir ki, o da real deyil.

Paşinyan bildirib ki, sənəd təqdim etməyənlərin hamısının arxasınca getməyə hazırdırlar.

Lakin fevralın sonunda hökumət satış vergisini artırmaqdan müvəqqəti olaraq geri çəkilib. Fevralın 27-də hökumətin iclasında maliyyə naziri Vahe Hovhannisyan bu ilin birinci yarısında biznesə 5 faizdən artıq ödənilmiş verginin qaytarılacağını açıqlayıb.

Etirazçılar bu qərarın islahat deyil, dələduzluq olduğunu deyir və qanunun tam dəyişdirilməsini tələb edirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol