Menu

Beynəlxalq Ədalət Məhkəməsinə yeni sədr seçilib

03.03.2025, 19:43
Beynəlxalq Ədalət Məhkəməsinə yeni sədr seçilib

Yaponiyalı hakim Yuci İvasava Beynəlxalq Ədalət Məhkəməsinin sədri seçilib.

“Report” xəbər verir ki, bu barədə qurumun press-relizində bildirilib.

İvasava yanvarın 14-də Livanın Baş naziri olmaq üçün vəzifəsini tərk edən Navaf Salamın vəzifəsindən ayrılmasından sonra həmkarları tərəfindən bu vəzifəyə seçilib.

Qeyd edək ki, Salamın sədrlik müddəti 2027-ci il fevralın 5-də başa çatmalı idi. Yeni sədr İvasava da məhz bu tarixə qədər sədr vəzifəsini icra edəcək.

İvasava 2018-ci il iyunun 22-dən məhkəmənin üzvüdür. Daha əvvəl o, Tokio Universitetində beynəlxalq hüquq üzrə professor vəzifəsində çalışıb və BMT-nin İnsan Hüquqları Komitəsinin sədri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol