Menu

Bakıda yoxa çıxan şəxslər Moskva və İstanbulda tapıldı

16.12.2014, 13:06
Bakıda yoxa çıxan şəxslər Moskva və İstanbulda tapıldı

Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxslər barədə yeni məlumatlar əldə edilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 3-də itkin düşən Nizami rayonu R.Rüstəmov küçəsində yaşayan, 1974-cü il təvəllüdlü Rasim Hüseynov Rusiya Federasiyasının Moskva şəhərinə, dekabrın 8-də R.Teymurov küçəsində yaşayan, 1989-cu il təvəllüdlü Ələkbər Təhməzovun Türkiyə Respublikasının İstanbul şəhərinə getməsi müəyyən olunub.

Hər iki şəxs ətrafında araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol