Menu

"Sülh əldə etmək üçün Trampın rəhbərliyi altında işləməyə hazırıq" - Zelenski

04.03.2025, 20:04
"Sülh əldə etmək üçün Trampın rəhbərliyi altında işləməyə hazırıq" - Zelenski

Komandam və mən davamlı sülh əldə etmək üçün Prezident Trampın güclü rəhbərliyi altında işləməyə hazırıq.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Heç birimiz sonsuz müharibə istəmirik. Ukrayna davamlı sülhün yaxınlaşması üçün mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Prezident Trampın Ukraynaya “Javelins” verdiyi zaman vəziyyətin dəyişdiyi anı xatırlayırıq. Biz buna görə minnətdarıq. Cümə günü Vaşinqtonda, Ağ Evdə görüşümüz nəzərdə tutulduğu kimi getmədi. Təəssüflər olsun ki, bu cür oldu. İşləri düzəltməyin vaxtıdır. Minerallar və təhlükəsizliklə bağlı sazişə gəlincə, Ukrayna onu istənilən vaxt və istənilən əlverişli formatda imzalamağa hazırdır”, - o bildirib.

Şərhlər

Eli 2025-03-04 20:19:09

Prezidentin kim olmasından asılı olmayaraq ABŞ heç vaxt tarixi boyu öz siyasi maraqlarndan vaz keçmez ve bu mövqe ile Dünyaya öz şertlerini diqte etmeyi bacarır ki bı da onun dünya Lideri olmasına teminat verir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol