Menu

Avropa İttifaqından Ermənistana Kəlbəcər girovları ilə bağlı sərt xəbərdarlıq

16.12.2014, 13:52
Avropa İttifaqından Ermənistana Kəlbəcər girovları ilə bağlı sərt xəbərdarlıq

"Ermənistan beynəlxalq normalardan irəli gələn öhdəliklərə əməl etməlidir"

Avropa İttifaqı Xarici Fəaliyyət Xidməti erməni əsirliyində saxlanılan azərbaycanl məcburi köçkünlər - Dilqəm Əsgərov və Şahbaz Quliyevin qanunsuz mühakiməsi barədə öz mövqeyini açıqlayıb.

Xidmətdən "eunews.az"-a verilən məlumata görə, Aİ Ermənistanı beynəlxalq humanitar normalardan irəli gələn öhdəliklərə əməl etməyə və Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlığa çağırıb.

Xarici Fəaliyyət Xidməti bunun Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2010-cu il Astraxan bəyanatı, eləcə də 2014-cü il 4 dekabrda Bazeldə keçirilmiş ATƏT nazirlər şurasında Minsk Qrupu həmsədrlərinin çağırışına uyğun olacağını xatırladıb.

Bu bəyanat vasitəsilə Aİ bir daha məcburi köçkünlərin girov götürülməsi məsələsində Ermənistanın birbaşa iştirakını təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol