Menu

Naxçıvan İpoteka Fondunda yoxlama keçirilir

06.03.2025, 12:38
Naxçıvan İpoteka Fondunda yoxlama keçirilir

"Naxçıvan İpoteka Fondu" ASC-də yoxlama keçirilir.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, yoxlama Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilir.

Hesablama Palatasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ilin iş planına əsasən "Naxçıvan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətində nəzarət tədbiri həyata keçirilir və “Hesablama Palatası haqqında" qanunun 22-ci maddəsinə uyğun olaraq audit prosesi davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol