Dekabrın 16-da Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radanın sabiq sədri Aleksandr Turçinovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi postuna təyin edib.
“Media forum” saytı bildirir ki, 50 yaşlı Aleksandr Turçinov 2014-cü il fevralın 23-də Ukrayna Ali Radasının sədri seçilib və həmin gündən prezident səlahiyyətlərini icra edib. Onun dövlət başçısı postunda səlahiyyətləri bu ilin iyun ayında başa çatıb. Oktyabr ayında yeni parlament seçiləndən sonra isə o, Xalq Cəbhəsi fraksiyasının başında dayanır.


Şərhlər