Menu

Güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin artırılması təklif olunur

07.03.2025, 12:25
Güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin artırılması təklif olunur

Azərbaycanda güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin artırılması təklif olunur.

"Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq:

"Dövlət büdcəsindən ayrılan bu vəsaitlər daha çox sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək. Güzəştli ipoteka kreditləri maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur. Mövcud bazar qiymətlərini nəzərə alaraq güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin 100 min manatdan 150 min manatadək artırılması məqsədəuyğun olardı”.

Şərhlər

Elşən 2025-03-07 14:18:00

İpateka krediti yüksək əmək haqqı alanlar üçün uyğundur bəs orta əmək haqqı alan nə etsin bu ipatekanın hər şərti uyğun gəlir bir faizlərfən başqa faiz aşağı salınmalıdır .
Xalqa ipateka vermək üçün hər bir şərtləri dəyişir siz amma faizləri endirmirsiz .

Əhliman Məmmədov 2025-03-07 14:16:31

İpoteka veriləndən verilənə evlərin qiyməti 100% qalxır. Bu kimlərin işiniə yarayır? 150 min kredit götürən şəxs yekunda 300 mindən çox pul ödəyir. Üstəgəl mənzillərdə yarı ba yarı qiyməti qaldırır. Belə kredit heç olmasa yaxşıdı. Bu cür ev alıb sonradan krediti ödəyə bilmədiyinə görə gənclərin ailəsi dağılır. Bu ciddi problem haqqında düşünürmü görəsən deputatlar və ya aidiyyəti qurumlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol