Menu

Zelenski Səudiyyə Ərəbistanına səfər edib

11.03.2025, 08:59
Zelenski Səudiyyə Ərəbistanına səfər edib

Martın 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

APA bu barədə “Ukrinform“a istinadla xəbər verir.

“Prezident Volodimir Zelenski bazar ertəsi Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib”, - deyə “Ukrinform“ Ukrayna rəsmisinə istinadən yazır.

Xatırladaq ki, sabah Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqların keçirilməsi planlaşdırılır. Daha əvvəl məlum olub ki, V.Zelenski bu danışıqlar ərəfəsində Səudiyyə Ərəbistanına səfər edəcək, lakin nümayəndə heyətlərinin görüşündə iştirak etməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol