Menu

Kriptovalyuta bazarının son göstəriciləri

11.03.2025, 10:00
Kriptovalyuta bazarının son göstəriciləri

Martın 11-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:20-də “CoinMarketCap” platformasında 2.84% ucuzlaşaraq 80 155 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 8.02% azalaraq 1 902 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.39%, BNB isə 4.24% ucuzlaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol