Menu

Ciddədə kritik ABŞ-Ukrayna danışıqları başlayır – Zelenski qatılmayacaq, amma... (FOTO)

11.03.2025, 13:29
Ciddədə kritik ABŞ-Ukrayna danışıqları başlayır – Zelenski qatılmayacaq, amma... (FOTO)

Bu gün-fevralın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri Ciddədə görüşəcək. Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak  “Telegram” kanalında yazıb: “Ukraynanın maraqlarının qorunması, müharibənin başa çatması ilə bağlı aydın baxış.Biz amerikalı tərəfdaşlarımızla səmərəli işləyəcəyik”.

Danışıqlarda Ukraynanın xarici işlər naziri Andrey Sıbiha, müdafiə naziri Rustem Umerov və Ukrayna Prezident aparatının rəhbər müavini Pavlo Palisa da iştirak edəcək. Bazar ertəsi vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşmək üçün Ciddəyə gələn Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlara qatılmayacaq.

ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Vals və Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff daxildir.

Rubio bazar ertəsi Ciddəyə gedərkən jurnalistlərə deyib: "Biz Ukraynanın mövqeyini başa düşməliyik və sadəcə olaraq onların hansı güzəştlərə hazır olacağı barədə ümumi təsəvvürə malik olmalıyıq. Çünki hər iki tərəf güzəştə getməyincə siz atəşkəs əldə etməyəcəksiniz və bu müharibəyə son qoya bilməyəcəksiniz".

“Bloomberg”-in mənbələrinə görə, Vitkoff bu həftə Rusiyaya səfər etməyi və Vladimir Putinlə görüşməyi planlaşdırır. Rusiya və ABŞ hakimiyyət orqanlarının nümayəndələri onun Moskvaya mümkün səfəri barədə məlumat verməyiblər.

Martın 10-da “Financial Times” öz mənbələrinə istinadən yazıb ki, ABŞ-la danışıqlarda olan Ukrayna nümayəndələri Rusiyaya qismən atəşkəs təklif etmək niyyətindədirlər. Atəşkəsin pilotsuz təyyarələrdən və uzaqmənzilli raketlərdən istifadəni, eləcə də Qara dənizdəki döyüş əməliyyatlarını əhatə edəcəyi gözlənilir. Ukrayna tərəfi ümid edir ki, danışıqlarda irəliləyiş Vaşinqtonu kəşfiyyat məlumatlarının mübadiləsini və hərbi yardımı dayandırmaq qərarından dönməyə məcbur edəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol