Menu

ABŞ Ukraynaya hərbi yardımı bərpa edəcək

11.03.2025, 22:26
ABŞ Ukraynaya hərbi yardımı bərpa edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edir. 

Bu barədə Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna-Amerika danışıqlarının yekunlarına dair birgə bəyanatda deyilir.

Sənəddə deyilir: “Birləşmiş Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir.

Bəyanatda deyilir ki, ABŞ və Ukrayna “Ukraynada davamlı sülhün bərpası istiqamətində mühüm addımlar atıb”. Bu kontekstdə hər iki ölkənin nümayəndələri “dövlətini müdafiə edən Ukrayna xalqının cəsarətini yüksək qiymətləndiriblər və uzunmüddətli sülhün bərqərar olması prosesinə indi başlamağın vaxtı olduğu ilə razılaşıblar”.

Eyni zamanda, Ukrayna nümayəndə heyəti sülh yolunda mümkün əhəmiyyətli irəliləyişlərə görə Prezident Donald Trampa, ABŞ Konqresinə və ABŞ xalqına Ukrayna xalqı adından bir daha dərin minnətdarlığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol