Yaşıllar Qrupunun üzvü, Almaniyalı parlamentari Rebekka Harmsın təklif etdiyi “Türkiyədə mətbuat azadlığı” adlı sənəd səsvermədən keçib.
Sabah Strasburgda keçiriləcək müzakirəyə Avropa Birliyi Xarici Əlaqələr Komitəsinin nümayəndəsi Federika Mogheri də qatılacaq. Bütün siyasi qrupların qatılacağı toplantıda əsasən “Zaman” və “Samanyolu” TV-yə olan polis basqınları müzakirə mövzusu olacaq. Müzakirələrin təticəsi 2015 –ci ilin yanvar ayında qəbul olunmaq üçün səsverməyə çıxarılacaq.
Avropa Parlamentinin (AP) başçısı Martin Şulns da dünən AP-nin ümumi yığıncağının açılışında etdiyi çıxışda Əkrəm Tüstün və Hidayət Cüyürün nəzarətə alınması əməliyyatını şok hadisə kimi dəyərləndirib: "Türkiyədə mətbuat və və ifadə azadlığı ilə bağlı problemlər yeni deyil. Gəzi Parkı etirazları zamanı da jurnalistlərə və ictimai mediaya təzyiqlərə şahid olmuşduq. Dünən bir daha hökumətə müxalif mətbuata polis basqınının şahid olduq. Son hadisələr müxalif mediaya istiqamətlənmiş təhlükəli bir tendensiyadan xəbər verir və biz bunu yaxından izləməkdə davam edəcəyik". /azadlıq.info


Şərhlər