Menu

Narışkin MKİ direktoru ilə telefon danışığı aparıb

12.03.2025, 10:25
Narışkin MKİ direktoru ilə telefon danışığı aparıb

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Li Retkliff ilə telefon danışığı aparıb.

“AzPolitika” xəbər verir ki, bu barədə SVR-in mətbuat xidməti məlumat yayıb.

İki xüsusi xidmət orqanının rəhbərləri ümumi maraq doğuran sahələrdə qarşılıqlı fəaliyyəti və böhran vəziyyətlərinin həlli məsələləri müzakirə edib. Tərəflər Moskva ilə Vaşinqton arasında qarşıdurmanı azaltmaq məqsədi ilə müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol