"İnsanlar İlon Mask və Donald Trampın ayaqlarını öpməlidirlər”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın oğlu Erikin həyat yoldaşı Lara Tramp “Fox News”-a deyib.
Trampın gəlininin fikrincə, amerikalılar Tramp və Mask federal xərcləri azaltdıqları, qənaət etdikləri üçün onlara həddindən artıq minnətdar olmalıdırlar. L.Tramp Maskın DOGE-nin rəhbəri kimi fəaliyyətinin onun özünə və ətrafına fayda gətirdiyini iddia edənlərin tənqidini “gülünc” adlandırıb. O vurğulayıb ki, Ağ Evin baş müşaviri vəzifəsini maddi təzminat almadan tutan Mask islahatlar naminə şəxsi maliyyə itkilərinə məruz qalır: “Bu adam pul itirir, amma anın vacibliyini anlayır. Biz əvvəlki səviyyədə vəsaitləri qeyri-müəyyən müddətə xərcləyə bilmərik, əks halda ölkəmiz ayaqda qala bilməyəcək”.
L.Tramp həm də Respublikaçılar Partiyasının Milli Komitəsinin həmsədridir.
“AzPolitika.info”


Şərhlər