Menu

Serbiya BMT-də anti-Rusiya qətnaməsinə verdiyi səsi geri götürüb

12.03.2025, 19:43
Serbiya BMT-də anti-Rusiya qətnaməsinə verdiyi səsi geri götürüb

Serbiya BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı anti-Rusiya qətnaməsinə verdiyi səsi geri götürüb.

APA yerli “in4s.net” portalına istinadən xəbər verir ki, bu barədə Serbiya xarici işlər naziri Marko Curiç bildirib.

O deyib ki, bir qədər əvvəl ölkənin Prezidenti Aleksandar Vuçiçin də dediyi kimi, BMT-dəki nümayəndə heyəti sənədin lehinə çıxmaqla, tələskənliyə yol verib.

Nazir qeyd edib ki, səsvermə prosesindəki anlaşılmazlığa görə bilavasitə özü məsuliyyət daşıyır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol