Menu

Daha bir lotereya qanunsuz çıxdı

16.12.2014, 16:14
Daha bir lotereya qanunsuz çıxdı

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Şərq Qərb” ASC-nin keçirdiyi lotereyanı dayandırıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Şərq Qərb” ASC tərəfindən keçirilən lotereyanı dayandırıb. Komitədən verilən məlumata görə, QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində “Şirinlər” günəbaxan tumlarının istehsalçısı olan “Şərq Qərb” ASC tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib. Nəticədə lotereyanın dayandırılması barəsində göstəriş verilib. QKDK “Şərq Qərb” ASC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol