Menu

“Bu, kapitulyasiyanın rəsmiləşdirilməsidir” – Erməni millətçilər sülh müqaviləsinə qarşı çıxır

14.03.2025, 13:59
“Bu, kapitulyasiyanın rəsmiləşdirilməsidir” – Erməni millətçilər sülh müqaviləsinə qarşı çıxır

Paşinyan həm Azərbaycanın, həm də Türkiyənin tələblərini bənd-bənd qəbul etdiyi üçün kompromisdən danışmaq yersizdir. Başa düşmək lazımdır ki, hazırda Ermənistanın kapitulyasiyası sənədləşdirilir.

“AzPolitika” xəbər verir ki, bunu erməni tarixçi və politoloq Armen Ayvazyan Ermənistan mətbuatına müsahibəsində deyib: “Bütün bunlarda heç bir sülh əlaməti yoxdur… Onların Ermənistan qarşısında çoxsaylı tələbləri var, onların bəzilərini yerinə yetirmək sadəcə olaraq mümkün deyil… Yəni, Ermənistanın kapitulyasiyası sənədləşdirilir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol