Menu

"Belarus yaxın gələcəkdə Rusiyanın tərkibinə daxil olmayacaq" - Lukaşenko

14.03.2025, 15:16
"Belarus yaxın gələcəkdə Rusiyanın tərkibinə daxil olmayacaq" - Lukaşenko

Belarus yaxın gələcəkdə Rusiyanın tərkibinə daxil olmayacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Federasiya Şurasında çıxışında bildirib.

"Rusiya nə vaxt Belarusun tərkibinə daxil olacaq, və ya əksinə, Belarus Rusiyanın tərkibinə daxil olacaq? Bu, çətin ki, yaxın vaxtlarda baş versin. Əgər, biz bu mənada bu açıq qapını sındırmağa çalışsaq, indiyədək etdiyimiz hər şeyi məhv edəcəyik. Biz sakitcə, addım-addım getməli və indi etdiyimiz kimi nəyisə həyata keçirməliyik", - Lukaşenko qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol