Menu

Ukrayna qoşunları Sucanı tərk edib

15.03.2025, 15:10
Ukrayna qoşunları Sucanı tərk edib

Ukrayna müdafiə qüvvələri Kursk vilayətindəki Suca rayon mərkəzini tərk edərək Rusiya-Ukrayna sərhədinə yaxınlaşıb.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün dərc etdiyi Kursk istiqamətindəki xəritəyə əsasən məlum olub.

Suca rayonunda Ukrayna bölmələrinin nəzarətində sərhəddən təxminən 5-6 km məsafədə yerləşən Oleşnya və Qoqolevka yaşayış məntəqələri qalır.

"Son sutka ərzində Kursk istiqamətində 20 toqquşma baş verib. Düşmən 19 aviasiya zərbəsi endirib, 28 idarə olunan bomba atıb, 232 artilleriya atəşi açıb ki, bunun üçü reaktiv yaylım atəş sistemlərindən açılan atəşdir", - Baş Qərargahın məlumatında bildirilib.

Şərhlər

Moshu 2025-03-15 18:51:41

Bəs Putin deyirdi ki, Ukrayna hərbiçiləri mühasirədədir, təslim olmasalar onları məhv edəcəklər? Deyəsən Putin Donald Trampı (Krasnovu) əməlli-başlı ələ salıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol