Menu

Belqradda etirazçı prezidentin iqamətgahını partlatmaqla hədələyib

15.03.2025, 17:35
Belqradda etirazçı prezidentin iqamətgahını partlatmaqla hədələyib

Serbiyanın Xalq Məclisinin (birpalatalı parlament) binası qarşısında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan etirazçı prezident sarayını partlatmaqla hədələyib, onun üzərində bomba aşkar edilməyib.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Belqradda Daxili İşlər Nazirliyinin əməkdaşları 1972-ci il təvəllüdlü V.B. inisialları olan şəxsi həbs edərək xidməti binaya gətiriblər. O, bu gün mühafizəçilərə onun üzərində iki bomba olduğunu və prezident sarayının binasını partlatmaq istədiyini bildirib. Şəxsin üzərində baxış keçirilərkən partlayıcı qurğular aşkar edilməyib", - Serbiya DİN-in mətbuat xidmətinin bəyanatında deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol