ABŞ Prezidenti Donald Tramp martın 18-də rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.
“Düşünürəm ki, bizimlə Rusiya arasında hər şey yaxşı gedir. Ola bilsin ki çərşənbə axşamına qədər nəsə elan edəcəyik. Mən çərşənbə axşamı Prezident Putinlə danışacağam”, - Ağ Ev rəhbəri jurnalistlərə deyib.
Tramp bildirib ki, Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir.
“Biz ərazilərdən danışacağıq. Elektrik stansiyalarından danışacağıq, çünki bu, böyük məsələdir”, - Tramp qeyd edib.


Şərhlər
Böyük ehtimalla Trampın ipləri kompramant baxımından Putinin əlindədir. Sanki Trampın hakimiyyəti Putinin xilası oldu. Ona görə də Putin vəziyyətini tam düzəltməyə nə qədər Trampla məzələnəcək....