Menu

"Xameneyinin atom bombasının düyməsini basmasına icazə verməyəcəyik” - ABŞ rəsmisi

17.03.2025, 14:39
"Xameneyinin atom bombasının düyməsini basmasına icazə verməyəcəyik” - ABŞ rəsmisi

“Tramp administrasiyası Əli Xameneyinin barmağını nüvə bombasının düyməsinə basmağa imkan verməyəcək”.

"AzPolitika" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Ualts İranın nüvə silahı əldə etmək niyyəti ilə bağlı danışarkən deyib.

“İranın heç bir kontekstdə nüvə silahına çıxış əldə etməməsi üçün bütün variantlar masa üzərindədir. Buraya raket, silah və nüvə zənginləşdirməsi proqramları daxildir”, - deyə, Mayk Ualts vurğulayıb.

O, İrana qarşı təzyiqin Yəməndə husilərə verdiyi dəstək və ya nüvə silahının mümkün inkişaf etdirilməsi ilə bağlı olduğunu istisna etməyib. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol