Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 11 milyard 907,1 milyon manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,9 % artaraq 1 164 manata çatıb.


Şərhlər
Bu 6 faiz ölkədə aparlan süni bahalaşma halında hansı dərdə çarədir?Bahalaşmalar bütün sahələdə 35-150 faiz olduğunu kim diqqətə almalı və xalqa yaşam imkanı verməlidir? Niyə hakimiyyət bu sahəni unudub?
Yəqin ki taltalançı məmurların gəliri 6 faiz arıbdır. Əsas kütlə kasıb əhali isə ehtiyac içindədir