Menu

Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub

17.03.2025, 22:47
Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol