Türkmənistanda yeni geyim qadağaları – Evli qadınlar, subay gənclərlə bağlı yeni tələblər



Aşqabadda subay qadınlardan sarı rəngli hicab taxmaq tələb olunur ki, bu da qadının evli olmadığını göstərəcək.
“Radio Svoboda”-nın məlumatına görə, qadın işçiləri üçün belə bir geyim kodu tətbiq edən işəgötürənlər “yuxarıdan sifariş” aldıqlarını bildirsələr də, tələbin nə vaxt və haradan gəldiyini dəqiqləşdirməyiblər.
Sifariş evli qadınların işə sarı paltar geyinməsi tələbi ilə birlikdə martın əvvəlində elan olunub. Geyim rəngi ilə bağlı yeni qaydaya əməl etməyənlər işdən çıxarılmaqla hədələnib. Əvvəllər qadın məmurlara makiyajdan istifadə etmək, dar don geyinmək və saçlarını sarı rəngə boyamaq qadağan edilmişdi.
Türkmənistanda vətəndaşların ictimai yerlərdə necə görünmələrini və davranışlarını diktə edən bir çox qaydalar var. Belə ki, vətəndaşların avtomobilləri ağ və ya açıq rəngli olmalıdır. Qadınların ənənəvi paltar geyinməsi tələb olunur.
Gənc kişilərin üzlərinin təmiz qırxılmış olması tələb olunur ki, bu da Orta Asiyanın digər yerlərində mövcud olan saqqal qadağasının bir formasıdır. Türkmənistanı 2022-ci ilin martından keçmiş Prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu Serdar Berdiməhəmmədov idarə edir. Türkmənistan yoxsulluğun yüksək səviyyədə olduğu dünyanın ən korrupsiyalaşmış və avtoritar ölkələrindən biri olaraq qalır. Qazla zəngin ölkədə orta gəlir gündə cəmi 2,40 dollar təşkil edir ki, bu da qonşu Qazaxıstandakı səviyyənin dörddə birindən azdır.
Müşahidəçilər Serdar Berdiməhəmmədovun üç il əvvəl hakimiyyətə gəlişindən sonra Türkmənistanda bəzi müsbət dəyişikliklərin olduğunu bildirir.
“AzPolitika.info”
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.