Bu günlərdə Türkiyədə “Hizmet” Hərəkatına qarşı aparılan polis əməliyyatının və həbslərin və 2010-cu ildəki əməliyyatın başlamasına “əsas” olan xəbər məktubunun “yox”a çıxdığı aşkar edilib.
Belə ki, həmin adsız, imzasız xəbər məktubuna insadən 2010-cu ildə “tahşiyeçi”lər əməliyyatına rəvac verilmişdi. 14 dekabr əməliyyatı zamanı 2010-cu ildəki “tahşiyeçi”lər əməliyyatları üzrə dindirmə və mühakimə etmək müddətinin uzadılması da gözlənilirdi. Əldə edlən məlumata görə, bu araşdırma zamanı polis “tahşiyeçlər dindirilməsi”nə səbəb olan imzasız, adsız, tarixsiz məktubun “yox”a çıxdığını deyiblər.
2010-cu ildəki əməliyyata, istintaq müddətinə dair polis və ya ədliyyə orqanlarındakı arxiv qeydlərində aparılan araşdırmalara görə, müzakirə mövzusu olan məktuba rast gəlinmədiyi, məktubun “yox olduğu nəzərə çatdırılır.
“Hizmet” Hərəkatı XX əsrin 70-ci illərində Türkiyədə Fetullah Gülenin başçılığı ilə yaradılıb. Bu hərəkat dini-fəlsəfi mahiyyətli olub, islama müasir prizmadan yanaşmanın əsaslarını gətirib. Eyni zamanda, Hərəkat özünə aid biznes qurumlarına, tədris kurslarına, media orqanlarına malik olub.
2000-ci illərin əvvəlində Erdoğan hakimiyyətə gələndə Hərəkatın fəaliyyət imkanlarını genişləndirib. 2013-cü il dekabrın 12-də “korrupsiya və rüşvət əməmliyyatı”na qədər Hərəkatı özünə yaxın qurum sayıb. Amma həmin əməliyyatdan sonra Erdoğan Hərəkatı “paralel dövlət”, xəyanətkar, dövlət çevrilişinə cəhd edən qüvvə” adlandırıb.
2014-cü il dekabrın 14-də Hərəkata qarşı başlanan polis əməliyyatı isə “Erdoğanın qisas əməliyyatı” kimi dəyərləndirilib. /contact.az


Şərhlər