Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Müdafiə Nazirliyinə Azərbaycanla atəşkəsi pozmamaqla bağlı təlimat verib.
O, bu barədə sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır: atəşkəs rejimini pozmayın. Ermənistan müharibəyə deyil, sülhə doğru gedir”, - Baş nazir bildirib.
Qeyd edək ki, bir neçə gündür Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulur.
Azərbaycan MN-dən verilən sonuncu açıqlamada martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutduğu bildirilib.



Şərhlər
BMT Baş Assambleyi vı TŞ da qəti qərardad qəbul etmir? *Atəşkəs* özbaşına Hərbi təcavüz-terror hadisə-cinayətlərinə qarşı müvəqqəti tədbir qərarıdır. Hər hansı qonşuya, sərhəddə, mühafizə məntəqəsindən özbaşına (nizamnamədən kənar) atəş açan ordu hansı ölkəyə gərək? Elə Ordu, de fakto Müdafiə yox, cinayət Təxribatçısı deyilmi?