Menu

İmamoğlunun ortağı olduğu şirkətə həbs qoyulub

19.03.2025, 22:48
İmamoğlunun ortağı olduğu şirkətə həbs qoyulub

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun ortağı olduğu "İmamoğlu İnşaat Ticaret ve Sanayi Anonim" şirkətinə həbs qoyulub.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, həbs Baş Prokurorluğun tələbi ilə tətbiq edilib.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyə sədri də daxil olmaqla 100 şübhəli haqqında həbs qərarı çıxarılıb. Şübhəlilərin rüşvətxorluq, tenderlərin saxtalaşdırılması, dələduzluq və şəxsi məlumatların əldə edilməsi cinayətlərini törətdikləri iddia edillir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol