Menu

Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb

20.03.2025, 12:53
Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb

Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs saxlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Paytaxt sakini olan 19 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 100 manatını aldığını və daha 300 manat pul tələb etdiyini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 22 yaşlı İlkin Əlibəyli müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol