Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK partiya) keçmiş deputatları ilə bir araya gəlib. Ərdoğan ilk dəfə İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlunun saxlanılması və Türkiyədə baş verən etirazlara münasibət bildirib.
"AzPolitika" xəbər verir ki, o, çıxışında Türkiyənin hər gün yeni hadisələrlə oyandığını vurğulayıb, bəzi mövzuların süni şəkildə gündəmə gətirildiyini bildirib.
O, müxalifətin daxili çəkişmələrini və hüquqla bağlı problemlərini ölkənin əsas problemi kimi təqdim etməyə çalışdığını qeyd edib: “Cümhuriyyət Xalq Partiyasının (CHP) problemi yalnız bir neçə insana aiddir. Müxalifətin daxili çəkişmələrini, qanunla bağlı problemlərini ölkənin ən mühüm problemi kimi təqdim etmək cəhdləri ikiüzlülüyün zirvəsidir".
“Onların hirs və ehtirasları ağlını əsir alıb. CHP və müxalifət dairələri həm diplom məsələsində, həm də korrupsiya və oğurluq iddialarında məhkəmənin ortaya qoyduğu faktlara cavab verə bilmirlər”, – deyə Ərdoğan bildirib.
Ərdoğan müxalifətin iddialara aydın cavab vermək əvəzinə xalqı aldatmağa çalışdığını qeyd edib: “Əgər desələr ki, bu diplom qaydalara uyğun şəkildə alınıb və ya desələr ki, bələdiyyədə korrupsiya yoxdur, bunu hüquq çərçivəsində müzakirə etmək olar. Amma bunu etmirlər, çünki həqiqəti ən yaxşı onlar bilir.”
Ərdoğanın sözlərinə görə, CHP daxilində bir çox idarəçi daxili rəqiblərini sıradan çıxarmaq üçün səylər göstərir və bəzi sənədlər məhz onların öz partiya üzvləri tərəfindən məhkəməyə təqdim edilib.
“Biz nə fərdi, nə də partiya olaraq müxalifətin tamaşalarına vaxt sərf edəcək durumda deyilik. Biz yalnız öz işimizə fokuslanır, hədəflərimizə doğru irəliləyirik”, – deyə Prezident Ərdoğan vurğulayıb.
Türkiyə lideri bildirib ki, müxalifət çıxışlarına qulaq asmağa vaxtı yoxdur: “Heç birimizin müxalifət çıxışlarına vaxtımız yoxdur. Qətiyyətli və təsirli əməliyyatlarla terrorçuları torpaqlarımızdan təmizlədik. Onu da korrupsiyadan təmizlədik. Onlar da (müxalifət - red.) bilirlər ki, bu məlumatların və sənədlərin böyük hissəsini məhkəmə orqanlarına öz partiyalarının üzvləri ötürüblər. Biz hökumət və müttəfiq olaraq Türkiyəni 40 illik böhrandan xilas etməkdə qətiyyətli və səmimiyik”.

Şərhlər
Qardaş Türkiyede baş verenlerle bağlı keçirdiyimiz narahatlıqlardan dolayı, sosial şebekelerde bildirdiyimiz fikirlər Türkiyedeki bazı CHP smpatizlerine xoş gelmese de, bütün Türk dünyası ve xüsusen de bizler canımız Türkiyeye karşı kayıtsız kala bilmerik. Çünki, Türkiyenin tehlükəsizliyi demek, tüm Türk dünyasının tehlükesizliyi demek.
Bəli bütün gedişatlar gösterir ki, CHP-nin tabanına zaman -zaman sızan hırsızlar, komprotorlar partini öz çirkin emellerini öt basdır etmeleri üçün bir çetir haline getiribler və nə yazıq ki, halkı kandırmakla bazan öz niyetlerine de nail olublar. Ama, Türkiye iktidarı ve derin devleti bunları yemedi ve yemez de. Atatürk aşiki olub, dedelerinden torunlarına kimi yıllarını zaman-zaman CHP-nin tapanına sızmış bu hırsızlara oy vermekle, onların sokak çağrılarına gelmekle keçiren kardeşlerimize seslenirik. Lütfen oyanın artıq. CHP-nin tabanında olanların maksadları ne milletdir, ne Devletdir, ne de Atatürkdür. İnanın bu gün Atatürk gelib onların bu simasızlıqlarını görse qrucusu olduğu CHP-ni kapadar ve onlara da..... Yanı demeyimiz şu ki, bütün baş verenlerden görünen o ki, CHP artık Atatürkün partisi olmakdan çıkıb və Türkiyenin təhlükesizlik sorunu haline gelib. Lütfen ölkenize bizler kimi bir de dışardan bakın. Bakın ve dünya dış güclerinin ve onların ölke içi uzantılarının neler yapmak istediklerini da görün. Bir de ki, sayın Erdoğan demişken, tutuklanan kişiler Mahkemelere ve Yarğıya kendilerini temize çıkarmaları üçün belgeler teqdim etmeli ve kendilerini savunmalıdırlar, yox ki soyunma odasında kravatını bağlaya-bağlaya, koluna da iki milyonluq saat takıb, kendini millete havale etmemelidir. Çünki, o bilir ki, Yarğıdakı belgeler düzdür ve o belgeleri de onun yaxın çevresi Yarğıya ötürüb. Yanı bütün bunları anlamak, o kadarmı zor.