Menu

Novruz bayramı türk dünyasının vahid milli bayramı elan olunacaq

21.03.2025, 19:55
Novruz bayramı türk dünyasının vahid milli bayramı elan olunacaq

Türkiyə Macarıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammitində Novruz bayramını bütün türk xalqlarının ümumi milli bayramı elan etməyi təklif etmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə deyib.

Ərdoğan Novruzun türk xalqlarının tarixində və mədəniyyətində mühüm yer tutduğunu qeyd edərək TDT ölkələrinin bu təşəbbüsü dəstəkləyəcəyinə ümidvar olduğunu ifadə edib.

“Artıq bizim də Novruzu bütün qardaşlarımızla birlikdə qeyd etməyimizin vaxtı çatıb, çünki bir çox ölkələrdə bu gün rəsmi istirahət günüdür. Mayda Macarıstanda keçiriləcək sammitdə Novruz bayramını türk dünyasının vahid milli bayramı kimi qeyd etməyi təklif edəcəyik. Bu bizim birliyimizi və həmrəyliyimizi daha da gücləndirəcək”, – o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol