ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefon danışığı aparmaq planlarını açıqlayıb, o, ölkələr arasında ticarət münasibətlərini müzakirə etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə Ağ ev rəhbəri Oval kabinetdə çıxışı zamanı bildirib.
“Mən ÇXR Sədri Si Cinpin ilə danışacağam. Mənim onunla əla münasibətlərim var. Biz yaxşı yola gedirik, lakin bizim nəhəng ticarət kəsirimiz var, Baydenə görə bir trilyon dollardan çoxdur”, – Tramp deyib.
Onun sözlərinə görə, ABŞ və Çin arasında ticarət kəsiri 1,2 trilyon dollar təşkil edir. Prezident qeyd edib ki, artıq bu məsələni Çin lideri ilə müzakirə edib və yenidən bu mövzuya toxunmaq niyyətindədir. Bundan başqa, Tramp söhbətin mövzuları arasında gömrük rüsumlarını və narkotiklərə qarşı mübarizəni də qeyd edib.
Ağ ev rəhbəri həmçinin söyləyib ki, ABŞ Çinlə hərbi münaqişəyə can atmasa da, Amerika silahlı qüvvələri hadisələrin istənilən inkişafına hazırdır.
“Biz Çinlə potensial müharibə istəmirik, lakin əgər o başlasaydı, biz çox yaxşı təchiz olunmuş olardıq”, – o vurğulayıb.
Daha əvvəl Tramp 2025-ci ildə Si Cinpin ilə şəxsi görüşün mümkünlüyünü istisna etməyib.


Şərhlər
Çinin ucuz məhsulları hesabına ayaqdayıq. Yoxsa biz bu ölkədə ac və ayaqlayın qalardıq. Biz sıravi insanların nə Amerika, nə də Avropa malları almağa paramız yoxdur və belə görünür ki, olmayacaq da. Bir halda ki, indi dünyada ədalət deyil, maraq əsas götürülür belə olan halda mənim marağım ucuz Cin məhsullarınadır. Rədd olsun hamı! YAŞASIN CİN!
Deyəsən, yeni Ağ Evə hələ indi *çatır ki,* Pekin Moskva deyil və Çin artıq, əvəzsiz Dünya İcraçısıdır (inteqrationudur)!